Döyüş şəraitində növbətçilik aparan hərbçilərin gündəlik ərzaq norması artırılıb

Nazirlər Kabineti 'Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa

APA-nın məlumatına görə, dəyişikliyə əsasən əlavə ərzaq payları müəyyənləşdirilib.İndiyə qədər döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara bir nəfər üçün gündəlik olaraq 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək verilib. Dəyişikliyə əsasən, bundan sonra əlavə olaraq həmin hərbi qulluqçulara yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2,0 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1,0 litr su veriləcək.Tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsi dövlət büdcəsində Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin saxlanılması xərcləri dairəsində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
525.az

07 Şubat 2016 - Dünya

urfanatik.com son bir ayda 513.441 kez ziyaret edildi.


göndermek için kutuyu işaretleyin

Yorum yazarak Urfanatik Gazetesi Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Urfanatik Gazetesi hiçbir şekilde sorumlu tutulamaz.


ŞANLIURFA ŞEHİR MARKALARI

Markanız 1 yıl boyunca, Urfanatik'te, bu alanda! Arayın...

+90 (532) 175 0403
Reklam bilgi