banner54

Döyüş şəraitində növbətçilik aparan hərbçilərin gündəlik ərzaq norması artırılıb
APA-nın məlumatına görə, dəyişikliyə əsasən əlavə ərzaq payları müəyyənləşdirilib.
 
İndiyə qədər döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara bir nəfər üçün gündəlik olaraq 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək verilib. Dəyişikliyə əsasən, bundan sonra əlavə olaraq həmin hərbi qulluqçulara yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2,0 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1,0 litr su veriləcək.
 
Tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsi dövlət büdcəsində Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin saxlanılması xərcləri dairəsində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. 
525.az
Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
HABERLER